Qafqazşünaslıq İnstitutunun baş direktoru beynəlxalq simpoziumda

AMEA Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı   17-18 iyul tarixlərində Ankarada Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi Başkanlığı və Türk Tarix Qurumunun Lozan sülh konfransının 100 illiyinə həsr edilmiş beynəlxalq simpoziumda iştirak edib. Alim “G.Çiçerinin Lozanda ermənilərlə görüşü: sovet dövlətinin hədəfləri və fəaliyyətinin nəticələri (G. Çiçerinin məktubları və rəsmi mənbələr əsasında)” mövzusunda məruzə edib. Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, Gürcüstandan alimlərin və türk diplomatlarının iştirak etdiyi panel iclasında maraqlı müzakirə olub.

Məruzənin tezisini aşağıdakı linkdən yükləyə və oxuya bilərsiniz: 

Скачать файл: 2023-lozan-100-ozet.pdf [2.17 Mb] (cкачиваний: 21)
Посмотреть онлайн файл: 2023-lozan-100-ozet.pdf


Bölmələr: Simpoziumlar / Xəbərlər / Foto qalareya

Rəy bildir