İnsan resursları şöbəsi

Aysel Bulud qızı İbrahim Yardımlı rayonunda anadan olmuşdur. 2016-cı ildə Mirələkbər İbrahimov adına 153 saylı tam orta məktəbi bitirmişdir. 2020-ci ildə Bakı Slavyan Universitetinin Filologiya (ingilis dili və ədəbiyyat) ixtisasının bakalvr pilləsini, 2024-cü ildə ADA universitetinin Təhsilin idarə edilməsi (Education managment) ixtisasının magistr pilləsini bitirmişdir. 19 yanvar 2022-ci il tarixindən 30 mart 2023-cü il tarixinədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, daha sonra isə tabeliyindəki Elmi-Metodiki və İxtisasartırma Mərkəzində metodist və aparıcı mütəxəssis vəzifələrində işləmişdir. Hal-hazırda İnstitutun İnsan resurları şöbəsinin müdiri vəzifəsində çalışır.