Mühasibatlıq
Baş mühasib: Ətrabə Abbasova
Ətrabə Bilal qızı Abbasova 1990-cı ildə Z.Tağıyev adına Bakı Maliyyə-Kredit Texnikumunun dövlət büdcəsi fakültəsinin mühasib-maliyyəçi ixtisasına qəbul olmuş, 1993-cü ildə oranı bitirmişdir. Texnikumu bitirdikdən sonra Tərtər İstehsalat Təsərrüfat Assosiasiyasında mühasib, 1995-ci ildə AMEA-nın Radiasiya tədqiqatları bölməsi nəzdində “Radtex” kiçik dövlət müəssisəsində baş mühasib vəzifələrində işləmişdir. 2006-cı ildə Bakı “Yoltikinti Servis” ASC-dəki Sabunçu “Beton” məmulatları sahəsində laborant, 13 aprel 2007-ci ildən 17 iyul 2016-cı ilədək isə AMEA Neft Kimya Prosesləri İnstitutunda mühasib vəzifələrində çalışmışdır. 2016-cı il 21 iyul tarixindən Qafqazşünaslıq İnstitutunda baş mühasib vəzifəsini icra edir.
Mühasib: Rəhimə Həziyeva
Həziyeva Rəhimə Rəhman qızı 10 yanvar 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2013-2017 ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehlak mallarının ekspertizası və marketinqi ixtisasını bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetində MBA Maliyyə ixtisası üzrə magistr pilləsində təhsil almışdır. 1 iyun 2018-ci ildən AMEA Qafqazşünaslıq İnstitutunda mühasib vəzifəsində işləyir.