Elmi katib

    


Hüseynova Südabə Novruzəli qızı 4 dekabr 1979-cu ildə Ağstafa rayonunda anadan olmuşdur. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fаkültəsinin Psixologiya ixtisası üzrə bakalavr təhsili, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fаkültəsinin Hüquq psixologiyası ixtisası üzrə magistratura təhsili almışdır. 

        20.10.2014-cü il tarixində “Müasir  dövrdə şəxsiyyətin hüquq  düşüncəsinin  sosial - psixoloji  aspektləri” adlı psixologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 10 fevral 2016-cı il tarixli (protokol № 05-k) qərarı ilə ona psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 25 yanvar 2019-cu il tarixli (protokol № 01-K) qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 

        AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun siyasi  elmlər doktoru hazırlığı üzrə (İxtisas: Beynəlxalq münasibətlər) dissertantıdırAMEA-nın müxbir üzvü, professor Musa Qasımlının elmi məsləhətçiliyi ilə “Erməni terrorizmi: siyasi-psixoloji və beynəlxalq aspektləri” adlı doktorluq dissertasiyası üzərində işləyir.  

              2001-2003-cü illərdə Bakı şəhər Xəzər rayonu 149 nömrəli orta məktəbində psixoloq vəzifəsində işləmişdir. 2003-2013-cü illərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində kiçik elmi işçi, 2013-2017-ci illərdə isə elmi işçi vəzifəsində işləmişdir. 2017-ci ildən AMEA Qafqazşünaslıq İnstitutunun elmi katibi vəzifəsində çalışır. 

  AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının elmi  katibi, “Sosiologiya. Sosial Psixologiya. Siyasət” elmi araşdırmalar jurnalının baş redaktorun müavinidir.

        1 monoqrafiya, 50 elmi məqalənin müəllifidir. Elmi məqalələri Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdə, o cümlədən Rusiyada, Türkiyədə, Qazaxıstanda nəşr edilmişdir.