Elmi-təhlil bazası


Qafqazşünaslıq İnstitutu Qafqaz tarixində qədim dövrlərdən yeri və rolu olan xalqların, dövlətlərin, Cənubi Qafqazın tarixində Azərbaycanın yeri və rolunu, qonşu xalqlar və dövlətlərlə münasibətlərini, Qafqazda baş verən prosesləri, Ermənistanda, Gürcüstanda, Şimali Qafqazda baş verən sosial-iqtisadi, siyasi və b. prosesləri, onların Qafqaz regionuna, o cümlədən Azərbaycan Respublikasına mümkün təsirlərini, Ermənistanın, Gürcüstanın xarici siyasətini, regionun digər ölkələri ilə qarşılıqlı münasibətlərini və onun Azərbaycan Respublikasına təsirlərini, regionda reallaşdırılan enerji, nəqliyyat və b. layihələrə, regionun təhlükəsizlik problemlərinin həlli məsələlərində Ermənistanın, Gürcüstanın mövqeyini, beynəlxalq təşkilatların işində iştirakını və onun regiona təsirlərini, erməni diasporasının və lobbisinin fəaliyyətini, Vətən müharibəsindən sonra Qafqazda yaranan yeni geosiyasi reallıqları, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Ermənistana, Gürcüstana, Şimali Qafqaza dair baxışlarını, böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz  siyasətini, beynəlxalq və regional təşkilatların Qafqaz  regionunda yürütdükləri siyasəti, Azərbaycan Respublikasının xarici siyasətində Qafqaz ölkələrinin yerini, formalaşmasına təsir edən amilləri, onun başlıca istiqamətlərini, məqsəd və vəzifələrini, perspektivlərini mötəbər mənbələr əsasında təhlil edir, elmi-siyasi nəticələr əldə edir.

Elmi-təhlil nəticələri, göstərilən təkliflər və tövsiyələr fundamental əsərlərdə əksini tapır, nəşr edilir və Azərbaycan Respublikasının dövlət orqanlarına, həmçinin akademik dairələrə göndərilir.

Azərbaycan dövlətinin maraqlarına xidmət edən elmi məqalələr yüksək elmmetrik bazalarda yerləşən jurnallarda dərc edilir. Elmi əsərlərə xarici ölkə alimləri tərəfindən istinadlar edilir.

İnstitut əməkdaşlarının Azərbaycanda 51 monoqrafiya və kitabı, 1 dərs vəsaiti, 15 dərs proqramı, xarici ölkələrdə (Türkiyə, ABŞ, Böyük Britaniya, Özbəkistan) 10 kitabı, Azərbaycanda 685 məqalə və tezisi, xarici ölkələrdə 518, internet sayt və qəzetlərdə 763 məqaləsi yayımlanmışdır. 

Əməkdaşların məqalələri Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Kipr, ABŞ, Braziliya, Çili, Yaponiya, Rusiya, Ukrayna, Moldava, Belarus, Gürcüstan, Çex Respublikası, Norveç, Almaniya, İtaliya, İspaniya, Fransa, Polşa, Albaniya, Avstriya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Macarıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanda olan jurnallarda, o cümlədən 40 məqalə yüksək reytinqli elmmetrik bazalarda yerləşən jurnallarda dərc etdirilmişdir. Alim və elmi tədqiqatçıların əsərlərinə xarici ölkələrdən 589 istinad edilmişdir.

İnstitutun əməkdaşları Azərbaycanda keçirilən beynəlxalq elmi konfranslarda 264, respublika elmi konfranslarında 297, xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda 340 məruzə etmişlər.

Qafqazşünaslıq İnstitutu dünyanın 20-dək ölkəsindən olan qafqazşünas alimlərin iştirakı ilə üç beynəlxalq forum, 3 beynəlxalq konfrans, 10 respublika elmi konfransı keçirmişdir. 

İnstitutda üç dildə (Azərbaycan, rus, ingilis) Qafqazşünaslıq elmi-nəzəri jurnalı, Qafqazşünaslığın aktual problemləri (məqalələr toplusu) nəşr edilir. 

İnstitutun daim yenilənən saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.