“Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda respublika elmi konfransı keçirləcək

AZƏRBAYCAN MİLLİ ELMLƏR  AKADEMİYASI

 

QAFQAZŞÜNASLIQ İNSTİTUTU


Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili:

 tarixdən günümüzə mövzusunda 

respublika elmi konfransı

 

6 noyabr 2024-cü il

 

 Konfransın bölmələri:

 

  1. Dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: nəzəri və tarixi yanaşma
  2. Cənubi Qafqazda problemlər və gələcəyə baxış: şəxsiyyət faktoru.

 

Məruzə tezislərinin hazırlanması və göndərilməsi:

 

  1. Microsoft Word A4 ölçüdə 1 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm parametrlərinə uyğun yazılmalıdır;
  2. Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, ORCİD nömrəsi, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
  3. Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır. 

  

Tezislərin son təqdimetmə müddəti 15 iyul tarixinə qədərdir.

Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən tezislər baxılmadan geri qaytarılacaqdır. 

E-mailqafqazkonfrans4@gmail.com 

 

Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.

 

       

Təşkilat komitəsi:  AMEA Qafqazşünaslıq İnstitutu

Bakı şəhəri, Hüseyn Cavid prospekti 117, IV mərtəbə, 448-ci otaq.

Tel: +994 12 539 89 91. 

Əlavə məlumat üçün www.caucasusstudies.az

Bölmələr: Konfranslar / Xəbərlər / Elanlar / Xəbər arxivi

Rəy bildir