“İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfrans



AZƏRBAYCAN  MİLLİ  ELMLƏR   AKADEMİYASI

QAFQAZŞÜNASLIQ  İNSTİTUTU

 

“İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda beynəlxalq elmi konfrans

 

25  Aprel  2024-cü il

        

Konfransın bölmələri:

1. İslam mədəniyyəti tarixində Şuşanın yeri;

2. Ermənistanın işğalı altında olmuş ərazilərdə tarix və mədəniyyət abidələrinin vəziyyəti;

3. İşğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası;

4. Şuşa xarici ölkələrin mətbuatında və tədqiqatlarında.

 

Məruzə tezislərinin hazırlanması və göndərilməsi:

  • Microsoft Word A4 ölçüdə 1 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
  • Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
  • Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır; 
  • Tezislər Azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir

Məruzələrin son təqdimetmə müddəti 15 mart tarixinə qədərdir.

E-mail: islammedeniyyetishusha2024@gmail.com

Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən tezislər baxılmadan geri qaytarılacaqdır. 

Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.

Konfransın dəqiq tarixi haqqında əlavə məlumat veriləcəkdir.

        

 Təşkilat komitəsi: AMEA Qafqazşünaslıq İnstitutu

Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 445-ci otaq

Tel: +994 12 539 89 55

Bölmələr: Xəbərlər / Elanlar / Konfranslar

Rəy bildir