Samirə Həbibbəyli. Azərbaycan Respublikası – Gürcüstan münasibətləri. Bakı, “Parlaq İmzalar” nəşriyyatı, - 2024, 304 səh.
Samirə Həbibbəyli. Azərbaycan Respublikası – Gürcüstan münasibətləri. Bakı, “Parlaq İmzalar” nəşriyyatı, - 2024, 304 səh.
Azərbaycan, gürcü, türk, ingilis və rus dillərində olan mənbə və ədəbiyyatlardan istifadə edilməklə yazılmış monoqrafiyada Azərbaycan Respublikası – Gürcüstan münasibətlərinin başlıca istiqamətləri tədqiq edilmişdir. Əsərdə dövlət müstəqilliyinin bərpası ərəfəsində Azərbaycanın daxili və beynəlxalq vəziyyətinin ümumi mənzərəsinə nəzər yetirilmiş, Gürcüstanla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı şərtləndirən tarixi və müasir amillər, siyasidiplomatik əlaqələrin qurulması və inkişafı mərhələləri, müqavilə-hüquq bazası, təhlükəsizlik, müdafiə, ticarət-iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın məqsədləri, formaları və özünəməxsusluqları rəsmi fakt və materiallara istinad edilərək təhlil olunmuş, nəticələrə dair elmi nəzəri ümumiləşdirmələr aparılmışdır. Əsərdə Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli əməkdaşlığının regiona təsiri, Ermənistanın və erməni dairələrinin Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyətləri, Abxaziya və Tsxinvali (gürcü-osetin) münaqişələrində Azərbaycan Respublikasının mövqeyi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış və artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinə Gürcüstanın münasibəti araşdırılmış, Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyinə doğru atdıqları addımlar tədqiq edilmişdir.
Kitab siyasətçilər, diplomatlar, Beynəlxalq münasibətlər, Qafqazşünaslıq ixtisasında təhsil alan bakalavr və magistrlar, bütövlükdə Azərbaycan – Gürcüstan münasibətləri ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.
Kitabı aşağıdakı linkdən yükləyə və oxuya bilərsiniz: