“Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirləcək

AZƏRBAYCAN MİLLİ ELMLƏR  AKADEMİYASI

  

QAFQAZŞÜNASLIQ İNSTİTUTU

 

Cənubi Qafqaz tədqiqatları: 

mövcud vəziyyət, problemlər və perspektivlər” 

mövzusunda respublika elmi konfransı

 

23 oktyabr 2024-cü il

 

Konfransın bölmələri:

  • Azərbaycanda Cənubi Qafqaza dair tədqiqatlar
  • Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanda Cənubi Qafqaz üzrə araşdırmalar
  • ABŞ və Avropada Cənubi Qafqaza dair tədqiqatlar
  • Asiya və Afrika ölkələrində Cənubi Qafqaz haqqında araşdırmalar.

 Məruzə tezislərinin hazırlanması və göndərilməsi:

  • Microsoft Word A4 ölçüdə 1 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm parametrlərinə uyğun yazılmalıdır;
  • Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, ORCİD nömrəsi, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
  • Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır. 

Tezislərin son təqdimetmə müddəti 30 iyun tarixinə qədərdir.

 

Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən tezislər baxılmadan geri qaytarılacaqdır. 

E-mail: tedqiqatlar2024@gmail.com

 

Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.

  

Təşkilat komitəsi: AMEA Qafqazşünaslıq İnstitutu. 

Bakı şəhəri, Hüseyn Cavid prospekti 117, IV mərtəbə, 445-ci otaq.

 

Tel: +994 12 539 89 55

 

Əlavə məlumat üçün www.caucasusstudies.az

Bölmələr: Xəbərlər / Konfranslar / Elanlar / Xəbər arxivi

Rəy bildir