Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq konfransda məruzə edib




 

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq

 konfransda məruzə edib

  29-31 mart tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya EA Tarix-Filologiya Bölməsi və  Rusiya EA Tarix İnstitutunun  Moskva Dövlət Universitetində birlikdə təşkil etdikləri və dünyanın 10-dan çox ölkəsindən tarixçi və siyasətşünas alimlərin iştirak  etdikləri “Rusiyada 1917-ci il inqilabının 100-cü ildönümü” mövzusunda  beynəlxalq konfrans keçirilib. Konfransda AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı Rusiya Federasiyasiyasının əməkdar elm xadimi, MDU-nun Beynəlxalq münasibətlərin sosiologiyası kafedrasının müdiri, professor Pavel Çıqankovun sədrlik etdiyi bölmə iclasında “Fevral inqilabı və Antanta dövlətlərinin Cənubi Qafqaz siyasəti” adlı məruzə ilə çıxış edib. Maraqla qarşılanan məruzədə Fevral inqilabından sonra Cənubi Qafqazda yaranmış şərait, Antanta ölkələrinin siyasətinin fəallaşmasının səbəbləri və həyata keçirilməsi üçün atılan praktik addımlar ən mötəbər arxiv materialları və sənədli mənbələr əsasında iştirakçıların diqqətinə çatdırılıb.

Bölmələr: Konfranslar

Rəy bildir