Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib
Aprelin 18-də Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib. Giriş sözü ilə çıxış edən institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı araşdırmaların metodologiyasına dərindən yiyələnməyin və mənbələri bilməyin vacibliyindən danışıb. Tarix elmləri doktoru, professor Anar İsgəndərov “Araşdırmalarda mənbələrin rolu” mövzusunda məruzə edib.
Sonda müzakirələr aparılıb. Elmi seminarda institutda istehsalat təcrübəsi keçən Azərbaycan universitetlərinin tələbələri də iştirak ediblər.
Bölmələr: Elmi seminarlar / Xəbərlər