Qafqazşünaslıq İnstitutunda "Siyasi tədqiqatların metodoloji prinsipləri" mövzusunda elmi seminar keçirilmişdir
Qafqazşünaslıq İnstitutunda "Siyasi tədqiqatların metodoloji prinsipləri" mövzusunda elmi seminar keçirilmişdir
20 dekabr tarixində Qafqazşünaslıq İnstitutunda siyasi tədqiqatların aparılmasının nəzəri-metodoloji problemlərinə həsr olunmuş ilk elmi seminar keçirilmişdir. Seminarın rəhbəri İnstitutun direktoru, millət vəkili, t.e.d., prof. Musa Qasımlı əsas məqsədin yeni yaradılmış İnstitutda plan işi mövzusu götürmüş əməkdaşların tədqiqatlar apararkən hansı metodoloji prinsiplərdən istifadə etmələrini, mənbəlc ərlə işləmək bacarığını, hadisə və prosesləri təhlil edib mahiyyəti üzə çıxarmanın forma və üsullarını daha dərindən mənimsəmək və s.dən ibarət olduğunu vurğulamışdır. O, ictimai elmlərin tədqiqatçılarının elmi-tədqiqat işlərinin aparılmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayırmalarının vacibliyini söyləmişdir. Seminar İnstitut əməkdaşlarının bu sahədə daha da məlumatlanmasını təmin etmək və tədqiqatların səmərəliliyini artırmaq baxımından faydalı olmuşdur. Sonda M.Qasımlı seminar iştirakçılarının suallarını cavablandırmış və maraqlı diskussiya keçmişdir.