AMEA Qafqazşünaslıq İnstitutunda COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı dəyirmi masa keçirilib
AMEA Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin növbəti qələbəsidir.
İnstitutun Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin müdiri, t.ü.f.d. Günel Musayeva “Hərbi fəaliyyətin müharibə və sülh zamanı ətraf mühitə təsiri” mövzusunda məruzə edib. O, dünyada baş vermiş müharibələrin və münaqişələrin ətraf mühitə vuduğu mənfi təsirlərdən bəhs edib. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə Azərbaycanda, ümumilikdə Qafqaz regionunda yaratdığı ekoloji problemləri təhlil edib.
Sonra müzakirə olub.