QAFQAZŞÜNASLIQ İNSTİTUTUNDA DƏYİRMİ MASA

QAFQAZŞÜNASLIQ İNSTİTUTUNDA DƏYİRMİ MASA

AMEA Qafqazşünaslıq İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masanı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

M.Qasımlı müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır, o, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət verib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib.

 Dəyirmi masada Ermənişünaslıq şöbəsinin müdiri t.ü.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Ramilə Dadaşova, Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d. Elnur Kəlbizadə, Ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və digərləri çıxış ediblər.






 
Bölmələr: Dəyirmi masalar

Rəy bildir