AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçiriləcək
29 may 2019-cu il tarixində saat 11.00-da
AMEA Qafqazşünaslıq İnstitutu
Elmi Şurasının iclası keçiriləcəkdir.
İclasın gündəliyi:
- 23-24 may tarixlərində keçirilmiş Qafqazşünasların II Beynəlxalq Forumunun yekunları haqqında.
- Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d. Q.Hacıyev, şöbənin əməkdaşları A.Eyvazov, T.İsmayılova, A.Əzimzadə, Ş.İmaməli müəllifi olduqları “Ermənistan: daxili siyasi və ictimai-iqtisadi şərait” kitabının (Elmi redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü M.C.Qasımlı, rəyçilər: f.ü.f.d., dosent V.Ömərov və t.ü.f.d., dosent R.Dadaşova, t.ü.f.d. E.Kəlbizadə) çapa tövsiyə edilməsi.
- Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d., dosent V.Ömərov, t.ü.f.d. E.Kəlbizadə, S.Həbibbəyli, şöbənin əməkdaşları N.Məmmədova, K.Salayevin müəllifi olduqları “Gürcüstan: inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası” kitabının (Elmi redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü M.C.Qasımlı, rəyçilər: s.e.ü.e.d., professor R.Sevdimalıyev, t.ü.e.d. Q.Hacıyev və p.ü.f.d., dosent S.Hüseynova) çapa tövsiyə edilməsi.
- Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. E.Kəlbizadə, şöbənin əməkdaşları Y.Baxşıyeva və Ə.Əzimovun müəllifi olduqları “Ermənistan İran İslam Respublikasının Qafqaz siyasətində” kitabının (Elmi redaktor və ön sözün müəllifi AMEA-nın müxbir üzvü M.C.Qasımlı, rəyçilər: t.ü.e.d., professor İ.Hüseynova, t.ü.e.d. Q.Hacıyev və t.ü.f.d., dosent R.Dadaşova) çapa tövsiyə edilməsi.
- Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Elnur Kəlbizadənin Türkiyə Cümhuriyyətinin Bandırma Onyeddi Sentyabr Universitetində keçirilən XI Türk Dəniz Ticarəti Beynəlxalq Simpoziumunda iştirakına dair hesabatı.
- Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayevanın “Azərbaycan Respublikasının neft müqavilələrində BP şirkətinin yeri və rolu” (Место и роль компании ВР в нефтяных контрактах Азербайджанской Республики) məqaləsinin (rəyçi: AMEA-nın müxbir üzvü, professor M.C.Qasımlı) çapa tövsiyə edilməsi haqqında.
- Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyevanın “Avropanın enerji siyasətində Azərbaycan Respublikasının yeri” məqaləsinin (rəyçi: AMEA-nın müxbir üzvü, professor M.C.Qasımlı) çapa tövsiyə edilməsi haqqında.
- Qafqaz siyasəti şöbəsinin əməkdaşı Əliyar Əzimov tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının elmi bazalarında bibliometrik göstəricilərin təhlili və bu bazalardan istifadə etmə imkanları haqqında Elmi Şura üzvlərinin məlumatlandırılması.
- Cari məsələlər.
Bölmələr: Xəbər arxivi / Elanlar