Qafqazşünaslıq İnstitutunda “Elm günü”nə həsr edilmiş elmi seminar

 

18 mart tarixində saat 12:00-da Qafqazşünaslıq İnstitutunda “Elm günü”nə həsr olunmuş “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda elmi seminar keçiriləcəkdir. Məruzə ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış edəcəkdir. Seminarda İnstitutun Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Elnur Kəlbizadə “Siyasi tədqiqatlarda mənbələr”, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva “Siyasi tədqiqatların metodları”, Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyeva “Siyasi tədqiqatlara dair əsərlərin yazılma qaydası”, İnstitutun əməkdaşı Samirə Həbibbəyli “Siyasi elm və faydalandığı elm sahələri” mövzularında icmal məruzələrlə çıxış edəcəklər.  

Seminarda İnstitutda istehsalat təcrübəsi keçən Azərbaycan Dillər Universiteti,Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Universiteti tələbələri iştirak edəcəklər. 

Bölmələr: Xəbər arxivi / Elanlar

Rəy bildir