Çin alimləri AMEA Qafqazşünaslıq İnstitutunda

Çin alimləri AMEA Qafqazşünaslıq İnstitutunda

 

         

   Şanxay Siyasi-Hüquqi Elmlər  Universitetinin Təhlükəsizlik Problemləri İnstitunun direktoru, professor Vanq Vey:

  “Azərbaycana ilk dəfədir səfər edirik. Bakının gözəlliyinə heyran qalmışıq. Azərbaycan kiçik bir ölkə olsa da, özünün geosiyasi mövqeyi, dəyərləri, Asiya və Avropa qitələri arasında etibarlı körpü olması, müxtəlif mədəniyyətləri birləşdirən uğurlu siyasət yürütməsi ilə dünya və Çin üçün çox əhəmiyyətli bir ölkədir.”

 

     Çin Xalq Respublikası Şanxay Siyasi-Hüquq Elmlər Universitetinin direktor müavini, Universitetin Təhlükəsizlik Problemləri İnstitunun direktoru professor Vanq Vey, professor  Yanq Hua və tədqiqatçı Din Yunbaodan ibarət nümayəndə heyəti AMEA Qafqazşünaslıq İnstitutunda  olublar. Görüşdə başlıca məqsəd elm-tədqiqat institutları arasında əməkdaşlıq qurmaq, birgə tədqiqatlar aparmaq və mübadilə proqramları həyata keçirmək üçün fikir mübadiləsi etmək olub.

     Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü,  professor Musa Qasımlı ilə keçirilən görüşdə nümayəndə heyətinin rəhbəri professor Vanq Vey Azərbaycan haqqında təəssüratlarını aşağıdakı kimi ifadə edib:

   “Azərbaycana ilk dəfədir səfər edirik. Bakının gözəlliyinə heyran qalmışıq. Azərbaycan kiçik bir ölkə olsa da,özünün geosiyasi mövqeyi, dəyərləri, Asiya və Avropa qitələri arasında etibarlı körpü olması, müxtəlif mədəniyyətləri birləşdirən uğurlu siyasət yürütməsi ilə dünya və Çin üçün çox əhəmiyyətli bir ölkədir.”

        M.Qasımlı  cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin elm siyasəti, Qafqazşünaslıq İnstitutunun fəaliyyəti haqqında məlumat verib, iki elmi-tədqiqat qurumu arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması üçün hazır olduqlarını bildirib. Görüşün sonunda qonaqlara İnstitutun nəşri olan “Soyqırım həqiqətləri” və b. kitablar hədiyyə edilib.

Bölmələr: Xəbərlər

Rəy bildir