Qafqazşünaslıq İnstitutunun şöbə müdirinin əsəri Kembricdə nəşr edilib
Böyük Britaniyanın Cambridge Scholars Publishing nəşriyyatı tərəfindən çap edilən “Avropada Krallıq və Respublika: 1920-ci illərin əvvəllərində siyasi quruluşlar” adlı kitabda Almaniya, İsveç, Çexiya, Slovakiya, Rumıniya, Yunanıstan, İtaliya və digər ölkələrin alimləri ilə yanaşı, iki Azərbaycan aliminin, o cümlədən AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin “Qacarlar monarxiyasının Cənubi Qafqazda respublikaçılığın yüksəlişinə və yeni müstəqil dövlətlərin yaradılmasına münasibəti” adlı əsəri də yer alıb.
Kitabın redaktorları Rumıniyadan olan alimlər Sorin Arhire, Tudor Roşu və Kalin Anğeldir.