Elmi Şuranın növbəti iclası keçirilib

Dekabrın 4-də AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. İclasda elmi şura üzvləri institutun 2024-cü il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı, 2025-ci ildə keçilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi və elmi-təşkilati tədbirlərin planının hazırlanması haqqında AMEA Prezidentinin 22 noyabr 2024-cü il tarixli 218 saylı sərəncamı, 2024-cü il üzrə illik hesabatların AMEA-nın elmi bölmələrində müzakirəsinin təşkili haqqında AMEA Prezidentinin 22 noyabr 2024-cü il tarixli 221 saylı sərəncamı,  2024-cü il üzrə illik hesabatların AMEA Rəyasət Heyətində müzakirəsinin təşkili haqqında AMEA Prezidentinin 22 noyabr 2024-cü il tarixli 222 saylı sərəncamı ilə məlumatlandırılıb.

İnstitutun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilib. Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Davud Soltan oğlu Həşimov institutun Elmi Şurasına üzv seçilib. 

İclasda cari məsələlərə də baxılıb.


Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir