AMEA Qafqazşünaslıq İnstitutu 2024-cü ilin hesabatını təqdim edib

AMEA Qafqazşünaslıq İnstitutu 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib. İnstitutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova geniş məruzə edib. Vurğulayıb ki, institutda 2024-cü ildə 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 tədqiqat işi aparılıb. Araşdırılan problemlər Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemləri, Qafqazda dövlətlərarası münasibətlər, xarici ölkələrin region siyasətini əhatə edib

Hesabat ilində institut üç mühüm elmi nəticəni təqdim edib.

AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının yazdığı “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)” adlı kitab çap olunub. Monoqrafiyada mənbələr əsasında Prezident İlham Əliyevin müstəqil dövlətçilik baxışlarının formalaşmasına təsir edən amillər, 2003-2024-cü illərdə Azərbaycan milləti qarşısında dayanan başlıca vəzifələr, Azərbaycan tarixində yaratdığı ilklər, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və ona sədrlik etməsi, etibarlı nəqliyyat-kommunikasiya və tranzit mərkəzinə çevrilməsi, türk dünyasına yeni dinamizmin gətirilməsi, Kosmik kluba üzv olması, “yumşaq gücdən” istifadə edilməsi, eks-prezidentlər haqqında qanunun qəbul edilməsi, Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, Prezident İlham Əliyevin iş üslubu və digər məsələlər araşdırılıb.

Siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovanın “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı kitab çap olunub. Monoqrafiyada ilk dəfə olaraq Azər­bay­can Res­pub­li­ka­sı­nın Tür­ki­yə Respublikası ilə mü­na­si­bət­lə­ri­nin qar­daş­lıq zə­mi­nin­də möh­kəm­lən­di­ril­mə­sin­də Ulu Öndər Hey­dər Əli­yevin kon­sep­tu­al ba­xış­la­rı araşdırılıb. Belə bir elmi nəticə əldə edilib ki,  Azərbaycan Or­dusu­nun möh­kəm tə­mə­li­nin qo­yul­ma­sı, vax­ti­lə Er­mə­nis­ta­na ha­va­dar­lıq edən döv­lət­lə­rin Və­tən mü­ha­ri­bə­sin­də mü­da­xi­lə et­mə­mə­lə­ri­nin sə­bə­bi Ümummilli Lider Hey­dər Əli­ye­vin əsa­sı­nı qoy­du­ğu və Prezident İl­ham Əli­ye­vin in­ki­şaf et­dir­di­yi stra­te­gi­ya­nın nə­ti­cə­si idi. Qars mü­qa­vi­lə­si­nə Azər­bay­ca­nın təh­lü­kə­siz­li­yi ba­xı­mın­dan çox önəm ve­rən Hey­dər Əli­yev Azər­bay­can­la Tür­ki­yə ara­sın­da müt­tə­fiq­lik haq­qın­da an­laş­ma ol­ma­sı­nı dü­şü­nür­dü. Bu da 2021-ci il iyu­nun 15-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev və Tür­ki­yə Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğa­nın im­za­la­dıq­la­rı Şu­şa Bə­yan­na­mə­sin­də təs­di­qi­ni tap­dı. Tür­ki­yə­siz Cə­nu­bi Qaf­qaz­da sülh və təh­lü­kə­siz­lik ya­ra­dılmayacağını vurğulayan  Hey­dər Əli­yev Xə­zər də­ni­zin­dən ener­ji da­şı­yı­cı­la­rı­nın ha­sil edil­mə­si və on­la­rı dün­ya ba­zar­la­rı­na çı­xa­ra­caq inf­rast­ruk­tur­la­rın ya­ra­dıl­ma­sı­nın Türk Dün­ya­sı­nı bir­ləş­di­rə­cə­yin­də bir ad­dım ol­du­ğu­nu bil­di­rir­di. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin yazdığı “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri” adlı kitab çap olunub. Azərbaycan, gürcü, türk, ingilis və rus dillərində olan mənbə və ədəbiyyatlardan istifadə edilməklə yazılmış monoqrafiyada Azərbaycan Respublikası – Gürcüstan münasibətlərinin başlıca istiqamətləri tədqiq edilib. Əsərdə dövlət müstəqilliyinin bərpası ərəfəsində Azərbaycanın daxili və beynəlxalq vəziyyətinin ümumi mənzərəsinə nəzər yetirilib, Gürcüstanla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı şərtləndirən tarixi və müasir amillər, diplomatik-siyasi əlaqələrin qurulması və inkişafı mərhələləri, müqavilə-hüquq bazası, təhlükəsizlik, müdafiə, ticarət-iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın məqsədləri, formaları və özünəməxsusluqları rəsmi fakt və materiallara istinad edilərək təhlil olunmuş, nəticələrə dair elmi nəzəri ümumiləşdirmələr aparılmışdır. Əsərdə Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli əməkdaşlığının regiona təsiri, Ermənistanın və erməni dairələrinin Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyətləri, Abxaziya və Tsxinvali (gürcü-osetin) münaqişələrində Azərbaycan Respublikasının mövqeyi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış və artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinə Gürcüstanın münasibəti araşdırılıb, Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyə doğru atdıqları addımlar tədqiq edilib.

Hesabat ilində həmçinin Şimali Qafqaz şöbəsinin müdiri f.ü.f.d., dos. Vahid Ömərov, Naziyə Məmmədova, Nigar Mustafayevanın yazdıqları “Gürcüstan–Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” adlı kitab nəşr edilib. Mötəbər mənbələr əsasında yazılmış monoqrafiyada Gürcüstan–Ermənistan münasibətlərinin qurulması, mövcud vəziyyəti və problemləri araşdırılmışdır. Əsərdə istifadə edilən elmi materialların əksəriyyəti elmi dövriyyəyə ilk dəfə cəlb edilib. 

İ.e.f.d., dos. Liliya Mirzəzadə, Günay Feyziyeva, Şahnaz Rəhimovanın yazdıqları “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” adlı kitabda müxtəlif mənbələrdən istifadə edilərək Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarının tarixi, demoqrafik vəziyyəti, sosial-iqtisadi, siyasi şəraitində ermənilərin iştirakı araşdırılıb.

Bildirilib ki, hesabat ilində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamına uyğun 25 aprel 2024-cü il tarixində “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” mövzusunda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan və Pakistandan olan tədqiqatçıların iştirakı ilə beynəlxalq elmi konfrans keçirilib. 23 oktyabr 2024-cü il tarixində “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda və 6 noyabr 2024-cü il tarixində “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda Azərbaycan, Türkiyə və Çindən olan tədqiqatçıların iştirakı ilə respublika elmi konfransları keçirilib.

İnstitut əməkdaşlarının  xaricdə 1 (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı),  Azərbaycanda 10 kitab və 1 tədris-metodiki vəsaiti, 158 məqalə və tezisi çap olunub. Onlardan 55-i xarici ölkələrdə  - Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Çexiya, Norveç, Braziliya, Albaniyada dərc edilib. Bundan əlavə, impakt faktorlu jurnallarda 6 məqalə (s.e.d., dos. R.Dadaşova -1, t.ü.f.d., dos. E.Kəlbizadə - 1, t.ü.f.d. G.Musayeva -1, F.Şükürova-Babayeva – 1, Şahnaz Rəhimova - 1) çap edilib. 

Türkiyə, İran, Rusiya, İndoneziya, Slovakiya, Ukrayna, Norveç, Özbəkistan, Çexiya, Kuba, Gürcüstan, Ermənistan və digər ölkələrin alim və tədqiqatçıları institut əməkdaşlarının əsərlərinə 77 dəfə (M.Qasımlı – 34, R.Dadaşova – 13, S.Hüseynova – 1, Q.Hacıyev – 2, E.Kəlbizadə – 14, S.Həbibbəyli – 5, G.Musayeva – 3, Y. Baxşıyeva – 5) istinad ediblər. 

AMEA Qafqazşünaslıq İnstitutunun Beynəlxalq Standart Seriya Nömrəsi almış, iki beynəlxalq indeksə (SAJİ, Citefactor) daxil olan Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb. Baş redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, məsul katibi tarix üzrə fəlsəfə doktoru Günel Musayeva olan jurnalın Redaksiya Heyətinə Azərbaycanla yanaşı Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Gürcüstan, Ukrayna və Qazaxıstandan olan görkəmli alimlər daxildirlər. Bu nömrədə Azərbaycan və Türkiyədən 9 alim və tədqiqatçının məqaləsi dərc edilib. Jurnalda tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin “Ermənistan və xarici ölkələrdəki araşdirma mərkəzlərinin tədqiqatlarinda Naxçivana qarşi əsassız ərazi iddiaları”, tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın “İnformasiya sahəsində Rusiya-Ermənistan əməkdaşlığı: diaspora və ictimai təşkilatlarin təsiri”, Xuraman Hüseynovanın “Ermənistan ordusunda vəziyyət”, hərbi elmlər üzrə fəlsəfə doktoru Zəfər Nəcəfovun “Nikol Paşinyan hökumətinin hərbi strategiyası”, Nurdan Əsədovanın “ABŞ-nin Cənubi Qafqaz siyasəti və Türkiyə Cümhuriyyəti (2009-2020)”, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmovun “402-ci Azərbaycan Milli Atıcı Diviziyasının Qafqazın müdafiəsində iştirakı”, Xəyalə Şabanovanın rus dilində “İkinci Dünya Müharibəsi illərində gürcü legionunun formalaşması məsələsinə dair”, tarix elmləri doktoru Otar Canelidzenin Azərbaycan dilində “Tbilisi – Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi yer”, Leyla Babazadənin ingilis dilində “Qədim Qafqaz Albaniyasında din və diplomatiyanın əlaqəsi” adlı məqalələri   yer  alıb.

“Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusunda Ermənistanda insan hüquqlarının pozulması, təhsil sistemində mövcud vəziyyət, problemləri, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda çəkilən filmlər, Gürcüstanın və Ermənistanın milli təhlükəsizlik konsepsiyalarında qarşılıqlı münasibətlərin müqayisəli təhlili, Borçalıda azərbaycanlıların təlim-tərbiyyə və təhsil problemlərinin formalaşması, Gürcüstan-İsrail əlaqələrinin qurulması və inkişafına təsir göstərən amillər, İsrail və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və istiqamətləri, Rusiya-Ermənistan münasibətlərində Gürcüstan, ermənilərin Şimali Qafqaza, Adıgey, Kabarda-Balkar, Karaçay-Çərkəz respublikalarına köçürülməsi və s. mövzularda məqalələr çap olunub.

İclasda həmçinin bildirilib ki, 2024-cü ildə xarici ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə keçirilmiş “İslam mədəniyyətini zənginləşdirən şəhər: Şuşa” beynəlxalq elmi konfransın, “Cənubi Qafqaz tədqiqatları: mövcud vəziyyət, problemlər və perspektivlər” və “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzularında respublika elmi konfranslarının tezisləri nəşr edilib.

Cari ildə institutda 14  dəyirmi masa, 5 elmi seminar və 1 kitab təqdimatı keçirilib. 8 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/2 saylı qərarına əsasən dəyirmi masa keçirilmişdir. İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Ermənistan və xarici ölkələrdəki araşdırma mərkəzlərinin tədqiqatlarında Naxçıvana əsassız iddialar (1991-2024-cü illər)” mövzusunda   məruzə edib. 

14 fevral 2024-cü il tarixində “Humanitar və ictimai elmlər sahəsində ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri haqqında” AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli 9/1 saylı qərarına əsasən dəyirmi masa keçirilib. İnstitutun Qafqaz tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarix və müasirlik” mövzusunda məruzə edib. 

14 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən dəyirmi masa keçirilib. İnstitutun Şimali Qafqaz şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” mövzusunda məruzə edib. 

15 mart 2024-cü il tarixində “Yeni milli ideya” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada  AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış edib. O, yeni şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi ilə əlaqədar olaraq bir sıra məsələlərin üzərində dayanıb. Bildirib ki, güclü, böyük Azərbaycan milli arzu, istək, ideya kimi əhəmiyyətlidir.

27 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin  9 yanvar 2024-cü il tarixli 1/3 saylı qərarına əsasən “Qafqaz Evi” ideyası” mövzüsünda dəyirmi masa keçirilib. Tarix elmləri doktoru, professor Qasım Hacıyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli mərüzələr ediblər.

20 iyun 2024-cü il tarixində A.A.Bakıxanovun 230 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilmişdir. İnstitutun Qafqaz tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində Qafqaz tarixi məsələləri” mövzusunda məruzə edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” 25 dekabr 2023-ci il tarixli Sərəncamı və COP 29 ilə əlaqədar 30 oktyabr 2024-cü il tarixində dəyirmi masa keçirilib. İnstitutun Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Hərbi fəaliyyətin müharibə və sülh zamanı ətraf mühitə təsiri” mövzusunda məruzə edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” 25 dekabr 2023-ci il tarixli Sərəncamı və COP 29 ilə əlaqədar 25 noyabr 2024-cü il tarixində dəyirmi masa keçirilib. Siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova “Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” mövzusunda geniş məruzə edib.  

18 yanvar 2024-cü il tarixində elmi seminar keçirilib. Tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Rusiya-Ermənistan humanitar əməkdaşlığı” mövzusunda məruzə edib. 

27 fevral 2024-cü il tarixində elmi seminar keçirilib. İnstitutun Ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi Xuraman Hüseynova “Ermənistan ordusunda vəziyyət” mövzusunda məruzə edib. 

18 mart 2024-cü il tarixində Elm gününə həsr olumuş elmi seminar keçirilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər komitəsinin üzvü, tanınmış siyasi icmalçı Sahib Alıyev “Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas problemləri” mövzusunda məruzə etmişdir.

2 may 2024-cü il tarixində elmi seminar keçirilib. İnstitutun Qafqaz tarixi şöbəsinin kiçik elmi işçisi Nüşabə Yaqubova “XVIII əsrin ikinci yarısında Rusiyanın Cənubi Qafqaz siyasəti: Georgiyevsk müqaviləsi” mövzusunda məruzə edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” 25 dekabr 2023-ci il tarixli Sərəncamı və COP 29 ilə əlaqədar  27 noyabr 2024-cü il tarixində elmi seminar keçirilib. İnstitutun Ermənişünaslıq şöbəsinin elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Yeganə Baxşıyeva “Cənubi Qafqaz dövlətlərinin “yaşıl enerji” siyasəti: perspektivlər və reallıqlar” mövzusunda məruzə edib. 

İnstitutun www.caucasusstudies.az saytına il ərzində 2500 baxış (əsasən ABŞ, Azərbaycan, Çin, Rusiya, Fransa, İran) olub. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı AMEA Dergipark sisteminə köçürülüb. (http://dergipark.anas.az)

İnstitutda kadr hazırlığı məsələləri də uğurla aparılıb. Hesabat ilində əməkdaşlardan  1 nəfər (Y.Baxşıyeva) siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb, 1 nəfərin (E.Kəlbizadə) elmlər doktoru dissertasiya işi Müdafiə Şurasındadır.

Cari  ildə institut beynəlxalq əlaqələri uğurla inkişaf etdirir. 

18 aprel 2024-cü il tarixində Türk Tarix Qurumunun sədri Prof. Dr. Yüksel Özgen, Ankara Qazi Universitetindən Prof. Dr. Nejla Günay, Tokatdakı Qazi Osman Paşa Universitetinin dekanı Prof. Dr. Alparslan Demir İnstitutda olmuşdular. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Qafqaz tədqiqatları barədə məlumat vermişdir. Əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

1 noyabr 2024-cü il tarixində Qafqazşünaslıq İnstitutu və Türkiyə Respublikasının Qafqaz Universiteti (Kafkas Üniversitesi) arasında əməkdaşlıq haqqında razılaşma protokolu imzalanmışdır. Razılaşma protokolunu institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova və Qafqaz Universitetinin beynəlxalq əlaqələr şöbəsinin Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin müdiri professor Hacəli Nəcəfoğlu imzalamışlar. Qafqazşünaslıq İnstitutu və Türkiyə Respublikasının Qafqaz Universiteti arasında razılaşma protokolunun imzalanmasında məqsəd tərəflərin qarşılıqlı elm, təhsil, mədəniyyət və incəsənət sahələrində ortaq layihələrini, elmi araşdırmaları və nəşrləri, elmi kadrların mübadiləsini həyata keçirmək, elmi konfranslar və elmi ekskursiyalar  təşkil etmək, hər iki qurumun müvafiq şəkildə fəaliyyətini təqdim etməkdir.

İclasda AMEA-nın müxbir üzvü, professor  Qorxmaz İmanov və filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova iştirak ediblər və institutun nəşrlərindən ibarət sərgi ilə də tanış olublar. Görülən işlər yüksək qiymətləndirilib.


Bölmələr: Xəbərlər / Xəbər arxivi

Rəy bildir