Elmi Şuranın növbəti iclası keçirilib

      AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. İclasda elmi şura üzvləri AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” adlı məruzəsi haqqında AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli 20/1 saylı qərarı, “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”, AMEA Qafqazşünaslıq İnstitutunun AMEA-nın “İlin gənc alimi” mükafatı ilə bağlı namizədlərinin təklifi haqqında məlumatlandırılıb. İnstitutun 2024-cü il üçün elmi-tədqiqat işləri müzakirə olunub, qeydlər söylənilib. 2025-ci il üçün institutda aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı təsdiq olunub. 

       İclasda cari məsələlərə də baxılıb.




Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir