Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib
Noyabrın 27-də Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Bildirib ki, Azərbaycan Respublikasının sədrliyi ilə 2024-cü il 11-24 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında inkişaf etməkdə olan ölkələrə iqlim dəyişməsi ilə mübarizə üçün hər il 1,3 trilyon dollar həcmində yeni öhdəlik verən Bakı Maliyyə Məqsədi haqqında razılaşmanın əldə edilməsi bəzi dövlətlərin yeni mustəmləkəçilik siyasəti ilə bağlı hüquqları pozulan inkişaf etməkdə olan ölkələrin hüquqlarının müdafiəçisi kimi dövlətmizin nüfüzunu daha da artırdı. Ramilə Dadaşova onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan edilmişdir. Azərbaycan Respublikasının 2030-cu ilə qədər sosial-inkişafa dair milli prioritetlərindən olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq Azərbaycan Respublikasının hədəfi “yaşıl” texnologiyaların tətbiqini genişləndirmək, bərpa olunan enerji mənbələrini artırmaq, iqlim dəyişikliklərinə səbəb olan amilləri azatmaq və aradan qaldırmaqdır.
Sonra institutun Ermənişünaslıq şöbəsinin elmi işçisi, s.e.ü.f.d. Yeganə Baxşıyeva “Cənubi Qafqaz dövlətlərinin “yaşıl enerji” siyasəti: perspektivlər və reallıqlar” mövzusunda məruzə edib.
Məruzəçiyə suallar verilmiş və geniş müzakirlər aparılmışdır.