Qafqazşünaslıq İnstitutu və Türkiyə Respublikasının Qafqaz Universiteti arasında razılaşma protokolu imzalanıb

2024-cü il noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutu və Türkiyə Respublikasının Qafqaz Universiteti (Kafkas Üniversitesi) arasında əməkdaşlıq haqqında razılaşma protokolu imzalandı. Razılaşma protokolunu Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova və Qafqaz Universitetinin beynəlxalq əlaqələr şöbəsinin Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin müdiri professor Hacəli Nəcəfoğlu imzalamışlar.

Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutu və Türkiyə Respublikasının Qafqaz Universiteti arasında razılaşma protokolunun imzalanmasında məqsəd tərəflərin qarşılıqlı elm, təhsil, mədəniyyət və incəsənət sahələrində ortaq layihələrini, elmi araşdırmaları və nəşrləri, elmi kadrların mübadiləsini həyata keçirmək, elmi konfranslar və elmi ekskursiyalar  təşkil etmək, hər iki qurumun müvafiq şəkildə fəaliyyətini təqdim etməkdir.

Скачать файл: 1-001.pdf [202.41 Kb] (cкачиваний: 1)
Посмотреть онлайн файл: 1-001.pdf

 


Bölmələr: Xəbərlər / Beynəlxalq əlaqələr / Xəbər arxivi / Foto qalareya / Əməkdaşlıq sənədləri

Rəy bildir