Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilib

Oktyabrın  31-də Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. İclasda AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Cəfər oğlu Qasımlının başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi haqqında AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli 20/14 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb.

İnstitutun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilib. AMEA-nın müxbir üzvü, professor Musa Cəfər oğlu Qasımlı öz xahişi ilə institutun Elmi Şurasının sədri vəzifəsindən azad edilib və direktor vəzifəsini icra edən, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova institutun Elmi Şurasının sədri vəzifəsini icra edən seçilib.

AMEA-nın müxbir üzvü, professor Musa Cəfər oğlu Qasımlı öz xahişi ilə “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının baş redaktoru vəzifəsindən azad edilib və institutun direktor vəzifəsini icra edən, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova baş redaktor vəzifəsini icra edən seçilib.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Kommunikasiyası üzrə Fəaliyyət Planının icrasının təmin edilməsi haqqında AMEA Rəyasət Heyətinin 07 oktyabr 2024-cü il tarixli 19/1 saylı qərarı, AMEA-nın elmi müəssisələrində 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması haqqında AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli 20/3 saylı qərarı, 2025-ci il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli 20/12 saylı qərarı ilə Elmi Şura üzvləri tanış edilib.

2024-cü il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı Yoxlama Komissiyası təşkil edilib. 

            Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin elmi işçisi Aynur Kərimlinin “Azərbaycan Respublikası və İsrail Dövləti arasında iqtisadi əlaqələr” adlı məqaləsi çapa tövsiyə edilib.

            Sonra iclasda cari məsələlərə də baxılıb.


Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir