15 iyun – Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib
İyunun 14-də Qafqazşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masanı institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. O, 1993-cü ildə baş verən hadisələri şərh edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafında müstəsna fəaliyyətindən bəhs edib. Bildirib ki, bu il Milli Qurtuluş gününü Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərqərar edildiyi bir şəraitdə bayram edirik.
Sonra institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.e.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli dair çıxışlar ediblər.