Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq konfransda çıxış edib

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 10-12 iyun tarixlərində Qazaxıstanın Aktau şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun və bir neçə təşkilatın təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü münasibətilə keçirilən “ Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfransda məruzə edib.

         M.Qasımlı Yessenov Universitetinin rektoru professor Berik Axmetovla görüşüb. Rektora və Azərbaycan Araşdırmalar Mərkəzinə Musa Qasımlı, Elnur Kəlbizadə, Günel Musayeva və Samirə Həbibbəylinin müəllifləri olduqları “Heydər Əliyev və Qafqaz problemləri” və Günel Musayevanın rus dilində nəşr olunmuş “Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2022-ci illər)” adlı kitablarını bağışlayıb.


Bölmələr: Xəbərlər / Simpoziumlar / Konfranslar

Rəy bildir