AMEA Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/3 saylı qərarına əsasən AMEA Qafqazşünaslıq İnstitutunda “Qafqaz evi” ideyası” mövzüsünda dəyirmi masa keçirilib. Dəyirmi masanı institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb.
Sonra şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, s.e.ü.f.d. Samirə Həbibbəyli mərüzələr ediblər.