Şöbə müdiri beynəlxalq dəyirmi masada çıxış edib
Aprelin 4-də AMEA-da Rus Evi və Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 32 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. AMEA Qafqazşünaslıq İnstitutunun Qafqazın tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Azərbaycan-Rusiya münasibətləri regionda sülh və sabitlik amili kimi” mövzusunda məruzə ilə çıxış edib.
Bölmələr: Xəbərlər / Xəbər arxivi