31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa keçirilib
Martın 28-də Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Musa Qasımlı bildirib ki, Ümummilli lider Heydər Əliyevin tarixi Fərmanından sonra aparılmış araşdırmalar sayəsində yeni faktlar və sənədlər toplanıb.
Sonra Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev və Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Cənubi Qafqazda qırğınlar” mövzusunda məruzə ediblər. Onlar Cənubi Qafqazda baş vermiş qırğınların tarixindən, səbəbləri və məqsədlərindən danışıblar. Vurğulanıb ki, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı ən ağır və dəhşətli soyqırımlarından biri olub.