Elm gününə həsr olunmuş elmi seminar keçirilib

Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olumuş elmi seminar keçirilib. Giriş sözü ilə çıxış edən institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Cənubi Qafqazda yaranmış yeni  reallıqlardan danışıb.  

Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər komitəsinin üzvü,  tanınmış  siyasi icmalçı   Sahib Alıyev “Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas problemləri”  mövzusunda  məruzə  edib. 

Sonda müzakirələr  aparılıb.  İnstitutun elmi-təşkilati fəaliyyətini  əks etdirən sərgi ilə tanışlıq olub.  Elmi  seminarda  institutda  istehsalat təcrübəsi keçən Azərbaycan universitetlərinin tələbələri də iştirak ediblər.



Bölmələr: Xəbərlər / Elmi seminarlar

Rəy bildir