“Yeni milli ideya” mövzusunda dəyirmi masa keçirilib

        AMEA Qafqazşünaslıq İnstitutunda “Yeni milli ideya” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. O, yeni şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi ilə əlaqədar olaraq bir sıra məsələlərin üzərində dayanıb.

İnstitutun elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli çıxış ediblər. Bildiriblər ki, güclü, böyük Azərbaycan milli arzu, istək, ideya kimi əhəmiyyətlidir.



Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir