AMEA Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Qafqazşünaslıq İnstitutunda martın 14-də dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İnstitutun Şimali Qafqaz şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.