Elmi Şuranın iclası keçirilib

Fevralın 27-də Qafqazşünaslıq institutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Azərbaycan Milli Elmlər Akademiyasının yeni loqotipinin (emblem) hazırlanması üçün müsabiqənin keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/5 saylı qərarı, AMEA-nın İctimai Elmlər Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 19 yanvar 2024-cü il tarixli 6/2 saylı qərarı , AMEA-nın Direktorlar şurasının yaradılması haqqında AMEA Rəyasət Heyətinin 29 yanvar 2024-cü il tarixli 9/2 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb.

Siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovanın “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı kitabı (Elmi redaktolar: akademik İsa Həbibbəyli, professor İbrahim Ethem Atnur, rəyçilər: siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev və siyasi elmlər doktoru, professor Gülzar İbrahimova) çapa tövsiyə edilib.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Naziyə Məmmədova və Nigar Mustafayevanın həmmüəllifliyi ilə “Gürcüstan-Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” adlı kitabı (Elmi redaktor: AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, rəyçilər: tarix elmləri doktoru, professor Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli) çapa tövsiyə edilib.

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Liliya Mirzəzadə, Günay Feyziyeva və Şahnaz Tağıyevanın həmmüəllifliyi ilə “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” adlı kitabı (Elmi redaktor: fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, rəyçilər: tarix elmləri doktoru, professor Qasım Hacıyev və tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə) çapa tövsiyə edilib.

Sonra iclasda cari məsələlərə də baxılıb.


Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir