AMEA Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib

“Humanitar və ictimai elmlər sahəsində ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri haqqında” AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli  9/1 saylı qərarına əsasən fevralın 14-də Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib. Dəyirmi masanı institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. İnstitutun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarix və müasirlik” mövzusunda  məruzə  edib.  Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb 


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir