AMEA Qafqazşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/2 saylı qərarına əsasən fevralın 8-də AMEA Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib. Dəyirmi masanı institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Ermənistan və xarici ölkələrdəki araşdırma mərkəzlərinin tədqiqatlarında Naxçıvana əsassız iddialar (1991-2024-cü illər)” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.