20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa

Yanvarın 19-da AMEA Qafqazşünaslıq İnstitutunda 20 Yanvar  - Ümumxalq  Hüzn  Gününə  həsr  edilmiş dəyirmi masa keçirilib. Şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masanı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb.  O, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzi kimi qiymətləndirib. Bildirib ki, 20 yanvar şəhidlərinin ruhu şaddır. Bu gün dövlət suverenliyi bütün ölkə ərazisində təmin olunub.

Sonra institutun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, institutun elmi katibi, dosent Südabə Hüseynova, Şimali Qafqaz şöbəsinin müdiri, dosent Vahid Ömərov, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, Gürcüstanşünaslıq şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycan xalqının şanlı tarixinin, azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzidir. 


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir