İnstitutun direktoru və əməkdaşları AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 noyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin zəngin siyasi irsinin, dövlətçilik ideyalarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı və institutun 4 əməkdaşı tarix elmləri doktoru, professor Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar.