Elmi Şuranın növbəti iclası keçirilib

Dekabrın 14-də Qafqazşünaslıq institutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda institutun 2023-cü il üçün elmi-tədqiqat işləri müzakirə olunub, qeydlər söylənilib, müzakirələr aparılıb. Digər məsələdə 2024-cü il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planlaşdırılması haqqında AMEA prezidentinin 27 noyabr 2023-cü il tarixli 262 saylı sərəncamı ilə Elmi Şura üzvləri tanış edilib. Buna uyğun olaraq institutun 2024-cü il üçün iş planı təsdiq olunub. 2023-cü ildə AMEA-da Mülki müdafiə hazırlığının yekunları və 2024-cü il üçün təşkilati göstərişlər haqqında AMEA prezidentinin 5 dekabr 2023-cü il tarixli 271 saylı sərəncamı ilə Elmi Şura üzvləri məlumatlandırılıb. Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Xuraman Hüseynova seçilib. İclasda cari məsələlərə də baxılıb.



Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir