AMEA Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib

Noyabrın 27-də AMEA Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib. Elmi seminar “Akademik Ziya Bünyadovun 100 illik yubileyi”nə həsr edilib. Seminarı institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İnstitutun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “Akademik Ziya Bünyadovun  əsərlərində  Cənubi Qafqaz”  mövzusunda  məruzə  edib.  Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.  


Bölmələr: Xəbərlər / Elmi seminarlar

Rəy bildir