AMEA Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib

Noyabrın 16-da AMEA Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib. Elmi seminar “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi”nə həsr edilib. Seminarı institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İnstitutun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.  


Bölmələr: Xəbərlər / Elmi seminarlar

Rəy bildir