Zəfər Gününə həsr olunmuş dəyirmi masa

Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib. İlk olaraq şəhidlərmizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “8 noyabr - Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyan gün” mövzusunda geniş məruzə edib. M.Qasımlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. 

Sonra institutun elmi işlər üzrə direktor müavini, s.e.d., dosent Ramilə Dadaşova, elmi katib p.ü.f.d., dosent Südabə Hüseynova, institutun şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev,  f.ü.f.d., dosent Vahid Ömərov, s.e.ü.f.d. Samirə Həbibbəyli, institutun Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva, institutun YAP sədri Şərqiyyə İmaməli çıxış ediblər.

 


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir