“Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfransı keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə noyabrın 1-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransı Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Musa Qasımlı “Heydər Əliyev və Şuşa” adlı məruzə edib.  Məruzədə 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin qorunmasına, bərpasına qayğısı, qəbul edilən qərarlar təhlil olunub.

Konfransda AMEA-nın bir sıra institutları, Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, Kanada və Ukraynadan olan 80-dən çox alim və tədqiqatçının Şuşa şəhərinin tarixi keçmişi, Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər, xarici tədqiqatçıların Şuşa şəhəri haqqında araşdırmaları, Qafqazın mədəniyyət tarixində Şuşa şəhərinin yeri, Prezident İlham Əliyevin Şuşa şəhərinə qayğısı və digər məsələlərə həsr edilmiş məruzələri 6 bölmə iclasında dinlənilib və müzakirə edilib. Sonda yekun dəyərləndirmə aparılıb. 

Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 5 beynəlxalq, 8 respublika elmi konfransı keçirib, məruzələr və tezislər nəşr edilib. İnstitutun alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. İnstitutun üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.



Bölmələr: Xəbərlər / Konfranslar

Rəy bildir