Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib

Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Dəyirmi masanı institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. O, 1923-cü ildə Türkiyə Cümhuriyyətin yaranması, dövlətlərarası münasibətləri təhlil edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında yaranan dostluq və əməkdaşlığdan bəhs edib. O, 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında imzalanan Şuşa Bəyannaməsi isə iki qardaş ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.


Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir