Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
AMEA Qafqazşünaslıq İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masanı institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.Qasımlı qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik zəkası və güclü siyasəti nəticəsində əldə edildiyini, dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu vurğulayıb.
Dəyirmi masada çıxış edən institutun icraçı direktoru s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli qələbənin səbəbləri, dünyada və regionda əhəmiyyəti və təsiri barədə danışıblar.