Elmi Şuranın iclası keçirilib
Sentyabrın 25-də AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.
Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayevanın “Böyük Britaniyanın Azərbaycan siyasətində neft amili (1991-2022-ci illər)” adlı monoqrafiyası (Elmi redaktor: AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı. Rəyçilər: AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev, t.e.d., professor Şirxan Səlimov, t.ü.f.d., dosent Əfşan Şəfiyeva) çapa tövsiyə edilib.
25 oktyabr 2023-cü il tarixində keçirəcəyi “Cənubi Qafqaz: mövcud vəziyyət və perspektivlər” mövzusunda respublika elmi konfransının və 02 noyabr 2023-cü il tarixində keçirəcəyi “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfransının materialları çapa tövsiyə edilib. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.