Elmi Şuranın növbəti iclası keçirilib

İyunun 22-də AMEA Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclası İnstitutun baş direktoru, Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İclasda Qafqazşünaslıq İnstitutunun 2023-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müzakirə edilib. Elmi Şurada AMEA-nın müxbir üzvü, professor  Qorxmaz İmanov iştirak edib.

         Sonra humanitar və ictimai elmlər sahəsində ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri haqqında AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli 9/1 saylı qərarı ilə Elmi Şura üzvləri məlumatlandırılıb. Qafqaz tarixi (qədim dövrlərdən XX əsrə qədər) şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyevin “Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü” adlı monoqrafiyası (Elmi məsləhətçi: AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli. Elmi redaktor: AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev. Rəyçilər: tarix elmləri doktoru, professor İradə Hüseynova və tarix elmləri doktoru, professor Kərim Şükürov) çapa tövsiyə edilib.

İclasda cari məsələlərə də baxılıb.









Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir