15 iyun – Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib
İyunun 13-də AMEA Qafqazşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib. Toplantını institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. O, 1993-cü ildə baş verən hadisələri şərh edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan fəaliyyətindən bəhs edib.
Sonra institutun icraçı direktoru, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, s.e.ü.f.d. Samirə Həbibbəyli Milli Qurtuluş Gününün tarixinə dair çıxışlar ediblər.