28 May - Müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunda 28 May - Müstəqillik gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin Qafqaz ölkələri ilə münasibətləri” mövzüsünda dəyirmi masa keçirilib. Toplantını institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amilləri, həyata keçirilən tədbirləri, Cənubi Qafqaz respublikaları arasındakı münasibətləri təhlil edib. Cümhuriyyət tarixinin öyrənilməsində Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, ki bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qüdrətli dövlətdir, torpaqlarını işğaldan azad edib.

Sonra İnstitutun icraçı direktoru siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, şöbə müdiri f.ü.f.d., dosent Vahid Ömərov, aparıcı elmi işçi i.e.f.d., dosent Liliya Mirzəzadə çıxış ediblər.

Bölmələr: Xəbərlər / Dəyirmi masalar

Rəy bildir