“Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfrans
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
QAFQAZŞÜNASLIQ İNSTİTUTU
“Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda
beynəlxalq elmi konfrans
1 noyabr 2023-cü il
Konfransın bölmələri:
- Qafqazın mədəniyyət tarixində Şuşa şəhərinin yeri
- Şuşa şəhəri Heydər Əliyevin hakimiyyəti illərində
- Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər
- Xarici tədqiqatçılar Şuşa şəhəri haqqında
Məruzə tezislərinin hazırlanması və göndərilməsi:
- Microsoft Word A4 ölçüdə 1 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
- Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;
- Tezislər Azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir;
Tezislərin son təqdimetmə müddəti 25 sentyabr tarixinə qədərdir.
Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən tezislər baxılmadan geri qaytarılacaqdır.
Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.
Təşkilat komitəsi: AMEA Qafqazşünaslıq İnstitutu. Bakı şəhəri, Hüseyn Cavid prospekti 117, IV mərtəbə, 445-ci otaq
Tel: +994 12 539 89 55. E-mail: shushasheheri2023@gmail.com
Əlavə məlumat üçün www.caucasusstudies.az