Qafqazşünaslıq İnstitutunun əməkdaşları Beynəlxalq ailə günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər
Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya, Dendrologiya institutlarının Qadınlar şuralarının birgə təşkilatçılığı ilə Beynəlxalq ailə günü münasibətilə “Müasir ailə, elm və təhsil” mövzusunda onlayn formatda tədbir keçirilib. Tədbirdə institutun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova “Ailədaxili münaqişələrin uşaqlarda yaratdığı psixoloji problemlər”, Qadınlar şurasının sədri, elmi işçi Günel Qurbanova “Heydər Əliyev və Azərbaycanın təhsil sistemində gender siyasəti” adlı məruzələrlə çıxış ediblər.